A24 Xeber

Başına 700 min manatdan çox pul qoyulan terrorçu tutuldu – FOTO

Başına 700 min manatdan çox pul qoyulan terrorçu tutuldu – FOTO
715
02 Mart 2017 - 12:45

Türkiyədə antiterror tədbirləri çərçivəsində Mardinin Nusaybin rayonunda iki PKK terrorçusu zərərsizləşdirilib.

A24.Az Anadolu-ya istinadən xəbər verir ki, onlardan biri uzun müddətdir axtarışda olan Kaplan adlı terrorçu olub. “Soro” kod adlı terrorçunun Şanlıurfada prokurorların olduğu binaya hücum edilməsinə əmr verdiyi bildirilir. Onun tutulması üçün təxminən 700 min manatdan çox mükafat təyin edilib. Digər terrorçu Hacire Tanhanın isə onun müavini və PKK-nın sivil müdafiə birliklərindən cavabdeh şəxs olduğu üzə çıxıb.

Xatırladaq ki, fevralın 17-də Şanlıurfada yerləşən Təzə Şəhər Məhəlləsindəki prokurorlar olan binaya  bomba yüklü avtomobillə edilən terror hücumunda 2 nəfər şəhid olub, 48 nəfər yaralanıb.

Xatırladaq ki, fevralın 17-də Şanlıurfada yerləşən Təzə şəhər məhəlləsindəki prokurorlarun olduğu binaya bomba yüklü avtomobillə təşkil edilən terror hücumunda 2 nəfər şəhid olub, 48 nəfər yaralanıb.

 

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00