A24 Xeber

“Bavariya”nın yeni baş məşqçisi müəyyənləşdi

“Bavariya”nın yeni baş məşqçisi müəyyənləşdi
36
13 Aprel 2018 - 4:30

Almaniyanın “Ayntraxt” komandasının baş məşqçisi Niko Kovaç cari mövsüm yekunlaşdıqdan sonra “Bavariya”nın sükanı arxasına keçəcək.

Münhen klubunun rəhbərliyi xorvatiyalı mütəxəssisin namizədliyi üzərində dayanmağa dair yekun qərar qəbul edib.

“Bavariya” onu Dortmund “Borussiya”sının sabiq baş məşqçisi Tomas Tuxeli dəvət etmək cəhdinin uğursuzluğa düçar olmasından sonra hədəfə alıb. Kovaç “Bavariya”nın idman direktoru Həsən Salihamiciçlə yaxşı tanışdır. Onlar 2001 – 2003-cü illərdə birgə çıxış ediblər. Digər tərəfdən, 47 yaşlı mütəxəssisin müqaviləsində belə bir bənd var ki, Münhen klubundan təklif gələcəyi təqdirdə, o, “Ayntraxt”ı tərk edə bilər.

Hazırkı baş məşqçi Yupp Haynkes mövsümün sonunda Almaniyanın ən titullu klubu ilə yollarını ayıracaq. //report

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00