Bayılda bina çökdü - FOTO - VİDEO

Bayılda bina çökdü – FOTO – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Bayıl yamacında Buxta küçəsi, 9 ünvanındakı sürüşmə ərazisinə 11 mayak quraşdırılıb.

A24.Az xəbər verir ki, bunu oxu.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidməti Geoloji Planlama Ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

O bildirib ki, Buxta küçəsi, 9 ünvanında sürüşmə ərazisində İbrahim Məmmədov, 2-A küçəsində yerləşən binanın sütununda çatlar əmələ gəlib:

“Ərazidə 16 mərtəbəli binaya bitişik bina tikilib. Həmin binanın sütunun birində çökmə müşahidə edilib. Bitşik binanın sütun arası 10-15 santimetr çöküb”.

Ə. Qaralov qeyd edib ki, ərazinin müxtəlif hissələrində quraşdırılan mayaklar vasitəsilə sürüşmə sahəsində dəyişikliklərin olub-olmadığı müəyyənləşdiriləcək:

“Bir saatdan sonra bizim əməkdaşlar ərazinin müxtəlif hissələrində quraşdırılan mayaklar vasitəsilə sürüşmə sahəsində hansı dəyişikliklərin olması barədə məlumat verəcəklər”.

Qeyd edək ki, Bayıl yamacında – “Buxta 9” ünvanında yerləşən yaşayış binalarında sürüşmə-çökmə prosesləri mayın 3-də başlayıb, mayın 14-15-də isə proses artıq fəallaşıb. Nəticədə 3-4 bina tamamilə dağılıb, 20 ev isə təhlükə zonasında yerləşir.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar