Bayılda binalar sökülür - Sakinlər köçürülür - VİDEO

Bayılda binalar sökülür – Sakinlər köçürülür – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Səbail rayonu Bayıl qəsəbəsində geniş köçürmə və söküntü işləri başlayıb.

İstismar müddətini başa vurmuş ikimərtəbəli binalarda yaşayanlar köçürülür.

Söküləcək bu binaların yerində hündürmərtəbəli yeni binalar tikiləcək.

Bayıl qəsəbəsində ən geniş söküntü işləri Xanlar küçəsində icra olunur. Buradakı sakinlərin bir hissəsi evdən çıxıb, digər sakinlərlə isə danışıq aparılır. İşlər pilot layihə çərçivəsində həyata keçirilir.

Artıq boşaldılan evlərin sökülməsinə start verilib. İş icraçılarının sözlərinə görə, Xanlar və Əlibəyov qardaşları küçələrində 4 yeni binanın tikilməsi planlaşdırılır. Aparılan araşdırmalara əsasən həmin ərazidə sürüşmə ehtimalının olmadığı bildirilir.

Evlərindən köçürülən sakinlərə kirayə pulları da ödəniləcək.

Səbail rayon İcra Hakimiyyəti başçısının müavini Abit Əliyevin ”Xəzər Xəbər” ə verdiyi məlumata görə, hazırda rayon ərazisində 12 belə layihə mövcuddur. Onlardan 6-da iş aparılır, digər 6-da isə layihələndirmə və köçürmə işi həyata keçirilir.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar