Bayılda evlər bu səbəbdən dağılır - Açıqlandı

Bayılda evlər bu səbəbdən dağılır – Açıqlandı
Want create site? Find Free WordPress Themes and plugins.

Səbail rayonu, Bayıl yaşayış sahəsi, Buxta küçəsində evlərin dağılmasına səbəb ilkin ehtimala görə yamacın antropogen yüklənməsi ola bilər.

A24.Az-ın Trend-ə istinadla məlumatına görə, bunu sürüşmə ərazisində olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyanın dəstə rəisi Rafiq Həsənov deyib.

O qeyd edib ki, hazırda hadisənin səbəbi ilə bağlı araşdırma aparılır:

“Kanalizasiya xətlərindən sızmalar ərazinin geologiyasını təşkil edən süxurların yuyulmasına təsir edib. İlkin rəy budur. Hazırda araşdırmalar davam etdirilir. Buna birmənalı olaraq sürüşmə hadisəsi demək olmaz. Antropogen təsirlərdən qrunt aşınıb”.

Qeyd edək ki, mayın 15-də saat 20 radələrində Səbail rayonu, Bayıl yaşayış sahəsi, Buxta küçəsində yeraltı proseslərin təsiri ilə torpaq sürüşməsi baş verib, bu zaman 2 fərdi yaşayış evi tam, 2-si isə qismən dağıntılara məruz qalıb. Daha 20 fərdi ev də təhlükəli ərazidədir.

Buxta küçəsindəki təhlükə yaranmış ərazidən ümumilikdə 22 ailə (55 nəfər) köçürülüb, əraziyə nəzarət olunması üçün polis postları qoyulub, xəsarət alan yoxdur. Ərazidə araşdırmalar aparılır.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar