A24 Xeber

Bayılın sürüşmə zonasında son durum

Bayılın sürüşmə zonasında son durum
68
30 Yanvar 2018 - 12:20

Şərti olaraq Teleqüllə sürüşmə sahəsi adlandırılan Bayıl yamacında son günlər sürüşmə sahəsinin dinamikası stabilləşib.

A24.az xəbər verir ki, bu barədə Publika.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov məlumat verib.

Onun sözlərinə görə, ötən həftə ərazidə quraşdırılmış mayaklarda prosesin dinamikasında aktivlik müşahidə edilsə də, son günlədə vəziyyət stabildir:

“Geoloji planlama ekspedisiyası tərəfindən tədqiqat işləri aparılır. Bura həm geofiziki tədqiqatlar, həm topogeodeziya işləri, həm də hidrogeoloji mühəndis araşdırmaları daxildir. Dünəndən ərazidə buruq qazma işləri həyata keçirilir. Toplanmış materiallar kameral (idarə) şəraitində təhlil ediləcək. Bundan sonra dəqiq bir rəy veriləcək. Səbəb, dinamika və nəticələr barədə yekun rəy olacaq, bu həftə sonuna rəyin hazırlanması planlaşdırılır”.

R.Həsənov paytaxtın digər sürüşmə sahələrindəki aktivlik və subasma halları barədə də məlumat verib:

“Bakıda Suraxanı rayonu Zığ sürüşmə sahəsi, Abşeron rayonu Nübar qəsəbəsi, Zəli gölü ətrafında təbii və texnogen amillərin təsirindən sürüşmədə aktivlik müşahidə edilir. Masazır sürüşmə sahəsində Qır gölü ətrafında sürüşmə sahəsində aktivlik qeydə alınıb. Yeni Günəşli sürüşmə sahəsinin dimanikasında isə sabitlik müşahidə edilir. Hazırda ciddi bir dəyişiklik yoxdur.

Sabunçu rayonu Savalan yaşayış massivi, Daş karxanası adlanan ərazi, Şuşa şəhərciyi və Binəqədi rayonu Mirzə İbrahimov küçəsində subasma halları müşahidə edilib. Səbəb drenaj şəbəkəsinin olmaması, mövsüm ərzində düşən yağıntı səbəbindən qurunt sularının səviyyəsinin qalxmasıdır”.

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00