Bayram günlərində havanın istiliyi yüksək həddə çatacaq - HAVA PROQNOZU

Bayram günlərində havanın istiliyi yüksək həddə çatacaq – HAVA PROQNOZU
Want create site? Find Free WordPress Themes and plugins.

Sabah bəzi  dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi gözlənilir.

Azərbaycanda Ramazan bayramı günləri üçün hava proqnozu açıqlanıb.

“A24.az” bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, iyunun 26-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir.

Arabir güclənən  şimal-qərb küləyi  gündüz  mülayim  şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 19-22° isti, gündüz  28-33° isti, Bakıda gecə  19-21° isti, gündüz  29-31° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  758 mm civə sütunundan 763  mm civə sütununa yüksələcək.  Nisbi rütubət  gecə 70-80 %,  gündüz  35-45%  təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu  Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 20-21°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda  21-22°, Türkan, Hövsan, Sahil, Şıxda  23-24° isti təşkil edəcək.

İyunun 27-də  Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 19-22° isti, gündüz  28-33° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarına gəlincə, iyunun 26-da hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüz  bəzi  dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Qərb  küləyi  ayrı-ayrı yerlərdə arabir  güclənəcək. Havanın temperaturunun gecə 18-23° isti, gündüz  31-36° isti,  dağlarda gecə 10-15° isti, gündüz 20-25° isti olacağı gözlənilir.

İyunun 27-də isə rayonlarda hava şəraiti əsasən yağmursuz olacaq, şərq  küləyi əsəcək. Havanın temperaturunun gecə 19-24° isti, gündüz  32-37° isti, dağlarda gecə 11-16° isti, gündüz  22-27° isti olacağı gözlənilir.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar