A24 Xeber

Bayram günü dəhşətli qətl: anasının boğazını kəsdi, balta ilə doğradı, sonra da…

Bayram günü dəhşətli qətl: anasının boğazını kəsdi, balta ilə doğradı, sonra da…
601
23 Mart 2017 - 8:32

Abşeron rayonunda oğul anasını balta ilə bir neçə hissəyə doğrayaraq özünü körpüdən aşağı atıb.

“A24.az” “Report”a istinadən bildirir ki, hadisə Xırdalan şəhəri, Xətai küçəsində yerləşən fərdi yaşayış evinin həyətində baş verib.

Belə ki, 1993-cü il təvvəllüdlü İbrahimov Həsən Daşqın oğlu balta ilə anası, 1965-ci il təvəllüdlü Əliyeva Nərgiz Çingiz qızının əvvəlcə başını kəsib, daha sonra isə bütün bədənini bir neçə hissəyə ayırıb.

Bundan sonra H.İbrahimov Bakı-Sumqayıt şossesindəki körpünün üzərinə çıxaraq özünü aşağı atıb. H.İbrahimov hadisə yerində ölüb. Hər iki meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yasamal rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı cinayət işi başlanılıb. Hadisənin hansı zəmində baş verdiyi araşdırılır.

N.Əliyeva Türkiyədən Bakıya geyim əşyaları gətirərək səyyar satıcılıqla məşğul olub. Hadisə bayram günü, yəni martın 20-si günorta saatlarında baş verib.

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00