A24 Xeber

Bayram günü Mingəçevirdə ev yanıb

Bayram günü Mingəçevirdə ev yanıb
18
20 Mart 2018 - 21:18

Axşam saatlarında Mingəçevir şəhərində yanğın hadisəsi baş verib.

A24.Az “Report”a istinadən xəbər verir ki, yanğın Şah İsmayıl Xətai küçəsində yerləşən 12 saylı binanın 33-cü mənzilində qeydə alınıb.

Hadisə zamanı qonşuluqda yaşayan 42 yaşlı qadın huşunu itirib və ona yerindəcə ilkin tibbi yardım göstərilib.

Yanğın zamanı mənzildə adam olmayıb. Alovun yayılmasının qarşısını almaq mümkün olub, yanğın söndürülüb.

Evdə kirayənişinlərin qaldığı bildirilir.

Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır.

A24.Az

 

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00