A24 Xeber

Bayram namazının vaxtı açıqlandı

Bayram namazının vaxtı açıqlandı
46
11 İyun 2018 - 15:03

Azərbaycanda bayram namazının vaxtı açıqlanıb.

A24.Az xəbər verir ki, Ramazan ayının başa çatması ilə əlaqədar iyunun 15-i, saat 09:00-da ölkənin bütün məscidlərində bayram namazı qılınacaq.

Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə bayram namazını saat 09:00-da “Təzə Pir” məscidində qılacaq.

Qeyd edək ki, iyunun 15-i və 16-sı Azərbaycanda Ramazan bayramıdır.

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00