A24 Xeber

“Bayramda papaq atmaq olmaz, qeyrət rəmzidir…”

“Bayramda papaq atmaq olmaz, qeyrət rəmzidir…”
622
01 Mart 2017 - 23:56

“Novruz bayramında qapılara papaq atmaq düzgün deyil və bu ənənə aradan qaldırılmalıdır”.

A24.Az xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun Mərasim Folkloru şöbəsinin böyük elmi işçisi, fəlsəfə doktoru Atəş Əhmədli Faktxəbər-ə açıqlamasında deyib: “Papağın atılması düzgün deyil. Çünki papaq ayaq altına atılmaz. O, qeyrət rəmzidir. Buna görə də, təbliğat aparmaq lazımdır ki, uşaqların papaqatdı ənənələri yığışdırılsın. Vaxtilə qurşaq atılıb, papaq yox. Əvvəllər oğlanlar bellərinə qurşaq bağlayar, həmin qurşağı açıb atardılar”.

A. Əhmədlinin bu iddiası cəmiyyətdə birmənalı qarşılanmayıb. Bəziləri onun bu təklifini təqdir etsələr də, digərləri bunun əleyhinə çıxaraq, bunun populist çıxış olduğunu bildiriblər.

Tanınmış kulturoloq İlqar Hüseynov Sputnik Azərbaycan-a açıqlamasında papağın qapıya atılması məsələsinə münasibət bildirərək, bunda pis heç nə görmədiyini vurğulayıb: “Xalqın içindən gələn adət-ənənələri xalqa heç kim unutdura bilməz. Bu adət-ənənələr dünən də olub, bu gün də var, sabah da olacaq. Bu xalqın genindən gələn bir şeydir və belə də qalacaq. Adət-ənənəni mütləq şəkildə gələcək nəsillərə ötürmək lazımdır”. Kulturoloq qeyd edib ki, əvvəllər dərvişlər evləri gəzərək xurcunlarını şirniyyatla, nemətlərlə doldururmuşlar: “Hətta bizim kəndə də dərvişlər gəlirdi. Qapıya gələn insanları əliboş qaytarmaq olmaz”. “Papaq atmaq həmişə olub və olacaq da. Hər şeyi qeyrətə yazsaq, çox şeyi etməməliyik. Papaq atmağın qeyrətlə heç bir əlaqəsi yoxdur. Əksinə, xoş əhval-ruhiyyə yaratmaq üçün edirlər. Bu rəmzi xarakter daşıyır” — İlqar Hüseynov deyib. Kulturoloqun iki devalivasiyadan sonra hazırkı iqtisadi vəziyyəti nəzərə alaraq bayramın daha təmtəraqlı keçirilməsinə münasibəti belə olub: “Xalq ən çətin günlərində də, hətta müharibə vaxtı da bu bayramı qeyd edib. Bu gün bolluqdur. Çörək boldursa, deməli, bayramı qeyd edə bilərik. Ən çətin yaşayan ailə də öz bayram süfrəsini aça bilir. Adət-ənənəmizi qorumalıyıq”.

 

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00