A24 Xeber

Bir neçə gün əvvəl BBC-nin canlı yayımında otağa girən uşaqların efirə düşməsi gündəm olmuşdu. Daha sonra professsor xanımı və uşaqları ilə birlikdə kanala çıxaraq baş verənlərlə bağlı fikirlərini paylaşmışdı. Bu dəfə isə Yeni Zelandiyada olan televiziya kanallarından biri professorun təqlidini edib.

“A24.Az” Türkiyə mediasına istinadən xəbər verir ki, BBC-nin canlı efirinə müsahibə verən zaman uşaqlarının və onları çölə çıxartmağa çalışan xanımının gündəmə düşən görüntüləri parodiya edilib. Parodiya edilən görüntülərdə “işləyən ana obrazı” yaradılıb.

Belə ki, “Jono and Ben Thursday” adlı Yeni Zelandiya kanalında yayımlanan parodiya böyük göstərici ilə baxış sayı əldə edib. Parodiyada işləyən bir ananın hər şeyin öhdəsindən gələ biləcəyi əks olunub.

“A24.Az” sözügedən parodiyanın videogörüntülərini təqdim edir:

Bir neçə gün əvvəl BBC-nin canlı yayımında otağa girən uşaqların efirə düşməsi gündəm olmuşdu. Daha sonra professsor xanımı və uşaqları ilə birlikdə kanala çıxaraq baş verənlərlə bağlı fikirlərini paylaşmışdı. Bu dəfə isə Yeni Zelandiyada olan televiziya kanallarından biri professorun təqlidini edib. “A24.Az” Türkiyə mediasına istinadən xəbər verir ki, BBC-nin canlı efirinə müsahibə verən zaman uşaqlarının […]

BBC-nin canlı efirinə uşaqları ilə çıxan professoru parodiya etdilər – VİDEO

583