A24 Xeber

BDU-nun İlahiyyat fakültəsi İlahiyyat İnstitutuna birləşdiriləcək – AÇIQLAMA

BDU-nun İlahiyyat fakültəsi İlahiyyat İnstitutuna birləşdiriləcək – AÇIQLAMA
64
24 May 2018 - 10:33

“Bu yaxınlarda İlahiyyat İnstitutuna rektor təyin olunacaq”.

A24.Az  xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Onun sözlərinə görə, artıq institutuna bina da ayrılıb: “Nizamnamə təsdiq üçün hökumətə təqdim edilib. Bütün işlər görülüb”.

Dövlət Komitəsinin sədri bildirib ki, Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsi İlahiyyat İnstitutuna birləşdiriləcək: “Orada çalışan müəllimlər də İlahiyyat İnstitutunda fəaliyyət göstərəcək. Gələcəkdə institut üçün şəhərdən kənarda kampusun inşası nəzərə tutulur”.

M.Qurbanlı vurğulayıb ki, İlahiyyat İnstitutunu bitirən məzunlar Azərbaycanın məscidlərinə təyinat alacaqlar.

A24.Az 

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00