Bəh-bəhlə alıb yediyimiz donuz tərkibli şirniyyatlar: JELATİN nədir? - ARAŞDIRMA, VİDEO

Bəh-bəhlə alıb yediyimiz donuz tərkibli şirniyyatlar: JELATİN nədir? – ARAŞDIRMA, VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Jelatin məməlilərin toxumalarında, xüsusilə əzələləri sümüklərə bağlayan yerlərdə və dərilərdə olan kollagendən alınan bir zülaldır. Kollagen su ilə qaynadıldığında jelatinə – suda həll edilən zülala çevrilir. Soyudanda gel halına gəlir.

“A24.az” bildirir ki, jelatin başda donuz, inək və çox az olaraq da balıq kimi heyvanların dəri, sümük və toxumalarının qaynadılması ilə çıxarılır. Bu maddənin güclü şəkil alma qabiliyyəti, şəffaf gel meydana gətirməsi, elastik lent halına gəlməsi, həzminin asan olması, isti suda əriyə bilməsi və asanca şəkil alması kimi xüsusiyyətləri səbəbiylə qida istehsalının bir çox sahələrində istifadə edilir.

Hal-hazırda jelatin istehsalında, ümumiyyətlə donuz və halal tərzdə kəsilməmiş inək dərisi istifadə edilir. Qida istehsalında istifadə edilən jelatinin xammal mənbəyi isə donuz dərisidir. Əldə edilmə mərhələsində ilkin proseslərin qısa müddətdə tamamlanması və yaranan tullantının minimum səviyyədə olması üçün donuz dərisindən istifadə edilir. Bundan başqa donuz dərisindən jelatinin əldə edilməsi bir xeyli ucuzdur.

Artıq jelatin istehsalçıları jelatini gündəlik həyatın hər mərhələsində istifadə edilməsinə səy göstərir. Bu isə imanlı insanlar üçün son dərəcə narahatlıq doğurur.

Məhsulları asanlıqla gelləşdirə, qatılaşdıra bildiyi üçün jelatinin demək olar ki, istifadə edilmədiyi istehsal sahəsi qalmayıb. Bir çox konfet məhsullarında, qatıqda, dondurmalarda, holland və əridilmiş  pendir istehsalında, marqarində, kolbasa, sosiska, jambon kimi ət məhsullarında, şirniyyatlarda, cem, marmelad, halva, bəhməz kimi qidalarda, fındıq və fıstıq əzmələrində, meyvə sularında, saqqızlarda, dərman sənayesində, kapsula, film (kinofilm plyonkaları) və həb istehsalında, qan vermə məhsullarında, krem, losyon, şampun, ətir kimi dəri və kosmetik məhsullarında, heyvan yemlərində, fotoşəkil və karbonlu kağız istehsalında jelatindən istifadə olunur.

Ölkəmizdə də hər addım başı rast gəlinən şirniyyat sexlərində və dünkanlarında vəziyyətin nə yerdə olduğunu öyrənmək üçün onlardan bir neçəsi ilə əlaqə saxladıq. Azərbaycanda da namaz qılan, İslam adətləri ilə yaşayan ailələr az olmadığı üçün “a24.az” ilk olaraq mağazalar şəbəkəsinə sahib olan və ölkəmizdə brendə çevrilən “Azza” şirniyyat evinin rəhbərliyi ilə danışdıq. Bildirildi ki, şirniyyatlarda istifadə etdikləri jelatin mal piyindən və dərisindən hazırlanır, tərkibində donuz piyi olan məhsullardan isə istifadə edilmir.

“Bərəkətli ruzi” ədviyyat evi isə satdığı bütün məhsulların halal olduğuna əminliklə cavab verdi. Aldıqları jelatin onlara İrandan gətirilir deyə, tərkibinin də donuz mənşəli qarışığın olmadığını, əksinə mal piyindən hazırlandığını dönə-dönə vurğuladılar.

Sifariş qəbul edən və hazırladıqları şirniyyatlarla alıcı kütləsi yığan digər şirniyyat evləri isə soruşduğumuz zaman əvvəlcə istifadə etdikləri jelatinin tərkibi bilmədilər. Bir müddətdən sonra bizimlə əlaqə saxlayan həmin şəxslər bu sözləri dedi: “Yəqin ki, şirniyyata qatdığımız jelatin mal tərkibli olar. Çünki bizim sexdə işləyənlərin hamısı namaz qılanlardır. Bişirdikləri şirniyyatdan özləri də yeyir. Yəqin ki, donuzdan istifadə etməzlər”.

Məsələ ilə bağlı suallarımızın cavabını daha da dolğunlaşdırmaq üçün Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynova müraciət etdik. O isə insanları ehtiyyatlı olmağa çağırdı:

“Jelatin heyvanın dərisindən hazırlanır və Azərbaycanda jelatin istehsal edən müəssisə barədə məlumatım yoxdur. Ümumiyyətlə, Azərbaycanda əhalinin 90 faizi bu barədə məlumatsızdır. Bu məhsullar isə əsasən şirniyyatların içərisinə qatılaraq verilir, xüsusən də marmelad və tortlarda… Yəni müsəlman ölkəsinə gətirilən məhsulun mənşəyi məlum deyilsə, insanlar diqqətli olsunlar və aldıqların məhsulun məişət sertifikatını tələb etsinlər. Ölkəmizdə mənşəyi məlum olmayan məhsulların təhlükəsizliyinə isə nəzarət olunmur. Odur ki, əhali diqqətli olsun”.

Ümumiyyətlə, heyvan mənşəli olduğuna görə, bütün müsəl­manları çox maraqlandıran jelatinin təqribən 99%-i müsəlman olmayan ölkələr tərəfindən istehsal edilir. Jelatin istehsal edildiyi ölkələr bunlardır: Almaniya, İtaliya, Fransa, Kolumbiya, Koreya, Yaponiya, Kanada, ABŞ, Braziliya, Hindistan, Çin və Pakistan. Pakistan aralarında halal sertifikatlı jelatin çıxaran müsəlman ölkə mövqeyindədir. İldə 380.000 tona qədər çıxarılan jelatinin 150.000 tona yaxını müsəlmanlar tərəfindən istehlak edilir. Bəzən etiketlərdə, nadir görülsə belə “mal jelatini” yazılması da şübhə doğurur.

Jelatinin hazırlanma prosesi:

Firuzə Alimova, A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Gündəm, Sağlamlıq, Din, Araşdırma, Foto xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar