Bələdiyyə sədri dənizdə boğulan qadını xilas etdi – FOTOLAR

Bələdiyyə sədri dənizdə boğulan qadını xilas etdi – FOTOLAR
Want create site? Find Free WordPress Themes and plugins.

Bodrumun Bələdiyyə sədri Mehmet Kocadon dənizdə boğulma təhlükəsiylə üz-üzə qalan bir nəfəri görüb və dənizə atılaraq qadının həyatını xilas edib.

“A24.az” türk mediasına istinadən xəbər verir ki, Bodrumun Bələdiyyə sədri Mehmet Kocadon və qardaşı Bodrum Ticarət Palatasının rəhbəri Mahmut Kocadon sahildə yerləşən restoranda oturub. Bu zaman onlar dənizdə hərəkətsiz vəziyyətdə bir nəfərin olduğunu görüblər. Əynindəki paltarlarıyla birlikdə dənizə girən bələdiyyə sədri və qardaşı boğulmaqda olan qadını dənizdən çıxarıb. İlk müdaxiləni sahildə edən bələdiyyə sədri qadını təcili yardımla xəstəxanaya çatdırıb. Xilas edilən vətəndaşın  səhhətinin yaxşı olduğu bildirilib.

Hadisəylə bağlı qısa açıqlama verən Bodrum Bələdiyyə sədri “biz restoranda oturmuşduq, ailəliklə dənizdə üzürdülər. Daha sonra qadının yanındakı uşaqlar uzaqlaşdı və onu suyun üzərində hərəkətsiz gördüm. Dərhal dənizə atıldım. Qarnına basaraq tərsinə çevirib sahilə çıxardıq. Təcili yardım gəldi və lazımi müdaxiləni etdi. Hazırda səhhəti yaxşıdır” deyib.

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə, Son Dəqiqə, Dünya, Foto xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar