Benyamin Netanyahu Prezident İlham Əliyevi təbrik edib

Benyamin Netanyahu Prezident İlham Əliyevi təbrik edib
Want create site? Find Free WordPress Themes and plugins.

İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

A24.Az xəbər verir ki,  təbrik mətnində deyilir:

“Hörmətli cənab Prezident, əziz dostum.

Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə ardıcıl olaraq dördüncü dəfə seçilməyiniz münasibətilə İsrail hökuməti adından mənim səmimi təbriklərimi qəbul edin.

İsrail ilə Azərbaycan arasında sıx dostluq və əməkdaşlıq münasibətlərini daha da möhkəmləndirmək üçün bundan sonra da Sizinlə əlaqələrimizi davam etdirmək niyyətindəyik.

Bu xoş fürsətdən istifadə edərək Sizə münasib olan vaxtda İsrailə səfər etməyiniz barədə təklifimi yenidən ali diqqətinizə çatdırıram. 2016-cı ilin dekabrında Bakıya unudulmaz səfərim zamanı Sizin mənə göstərdiyiniz səmimi münasibətə və qonaqpərvərliyə görə Sizə bir daha dərin təşəkkürümü bildirirəm.

Zati-aliləri, Sizi ən qısa zamanda yenidən görməyə ümidvaram”.

A24.Az 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar