Benzin və dizel 10 faiz bahalaşdı - Yunanıstanda

Benzin və dizel 10 faiz bahalaşdı – Yunanıstanda
Want create site? Find Free WordPress Themes and plugins.

Yunanıstanda benzin və dizel 10 faiz bahalaşıb.

“A24.az”ın  “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, ekspertlər ay ərzində yanacağın bahalaşmasını ABŞ-ın İrana qarşı sanksiya tətbiq etmək niyyəti ilə əlaqələndiriblər.

Yunanıstan tələbatı üçün zəruri neftin əhəmiyyətli hissəsini güzəştli qiymətlərlə İrandan alır. ABŞ prezidenti Donald Tramp ölkəsinin İranla nüvə sazişindən çıxmasını elan etməsindən dərhal sonra benzin 6-7 faiz bahalaşıb. Bahalaşma hər gün davam edir. Artıq 1 litrinin qiyməti 1,6 avro olan 95 markalı benzinin qiyməti 2 avroya çatıb. Dizel yanacağının 1 litri isə 1,38 avroya satılır. Yanacaq satışı ilə məşğul olan şirkətlər benzin və dizellə bağlı 60 faizə çatan vergi və rüsumların aşağı endirilməsini də tələb edirlər.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Dünya, İqtisadiyyat
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar