Bərdədə 16 yaşlı qız qaçırıldı - TƏFƏRRÜAT (YENİLƏNDİ)

Bərdədə 16 yaşlı qız qaçırıldı – TƏFƏRRÜAT (YENİLƏNDİ)
Want create site? Find Free WordPress Themes and plugins.

Bərdə rayon Lənbəran kənd bələdiyyəsində qız istədiyi oğlan tərəfindən qaçırılıb: “Kənd sakini, 2002-ci il təvəllüdlü M. Hacıyeva dünən istədiyi oğlan tərəfindən qaçırılıb.

A24.Az Publika-ya istinadən xəbər verir ki, qızın ailəsi qaçıran şəxsin kim olduğunu bilir. O, kənd sakini Cahəddin adlı şəxsin oğlu tərəfindən qaçırılıb. Oğlanın adını dəqiq bilmirəm. Qızın atası Bərdə Rayon Polis Söbəsinə müraciət edib. Dünən axşama qədər axtardılar, amma tapa bilmədilər. Deyilənə görə, oğlan qızı ailəsindən istəyib, qızı ona vermədikləri üçün qaçırdıb”.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları axtarışları davam etdirir.

***

Bərdə rayonunda 16 yaşlı qız qaçırılıb.

Hadisə Lənbərən kəndində baş verib.

Kənd sakini, 2002-ci il təvəllüdlü M. Hacıyeva tanımadığı şəxs tərəfindən qaçırılıb. Onun atası Bərdə Rayon Polis Söbəsinə müraciət edib. Ata qızını qaçıran şəxsdən şikayətçi olduğunu bildirib. O, qeyd edib ki, övladı yetkinlik yaşına çatmayıb və məktəblidir.

M.Hacıyevanın atası həmçinin şikayətini qızının zorla qaçırılması ilə əsaslandırıb.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən tədbirlər görülür.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar