A24 Xeber

Bərdədə avtomobil yaşlı qadını vuraraq öldürdü

Bərdədə avtomobil yaşlı qadını vuraraq öldürdü
21
02 May 2018 - 22:56

 Bərdə rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

A24.Az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Qurdlar kəndində qeydə alınıb.

77 yaşlı kənd sakini Hürü Quluyeva yolu keçmək istəyərkən “VAZ” markalı avtomobil onu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı araşdırma aparılır.

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00