A24 Xeber

Bərdədə hadisə: 80 yaşlı kişi suya düşdü, ayaqlarını don vurdu, balıqlar dişlədi

Bərdədə hadisə: 80 yaşlı kişi suya düşdü, ayaqlarını don vurdu, balıqlar dişlədi
68
23 May 2018 - 13:48

Bərdə rayonunda 80 yaşlı kişi balıq tutarkən su kanalına düşüb.

“A24.az” “Report”a istinadən xəbər verir ki, 1938-ci il təvəllüdlü Əliyev Göyüş Ağəli oğlu 24 saatdan artıq suda qalandan sonra xilas edilib.

Hadisə rayonun Əyricə kəndi ərazində yerləşən Şor kanalında baş verib.

Məlumata görə, G.Əliyev axşam saatlarında ərazidə balıq tutarkən qəfildən ayağı sürüşərək suya düşüb. Suda çarəsiz vəziyyədə qalan kişi bir gündən artıq müddətdə ölümlə mübarizə aparıb. Suyun axarı güclü olduğundan qoca kişi düşdüyü ərazidən bir necə kilometr uzaqlaşıb, nəhayət koldan tutaraq qalıb.

Ərzidə xidmət aparan Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları hadisədən xəbər tutaraq kişini xilas ediblər.

Sudan cıxarılan şəxs dərhal xəstəxanaya aparılıb. Xəstəxanada məlum olub ki, onun ayaqlarını don vurub, balıqlar dişləyərək xəsarət yetirib, əllərini isə kol-kos yaralayıb.

Hazırda G.Əliyevin vəziyyəti kafi olaraq qalır və ev şəraitində müalicə alır.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00