A24 Xeber

Bərdədə mikroavtobus avtomobillə toqquşdu: ölən var – FOTO – VİDEO – YENİLƏNİB

Bərdədə mikroavtobus avtomobillə toqquşdu: ölən var – FOTO – VİDEO – YENİLƏNİB
80
23 İyul 2018 - 17:09

Bərdə rayonunda yol qəzasında ölən sürücünün adı məlum olub.

A24.Az “Report”a istinadən xəbər verir ki, bu, “VAZ-2107” markalı avtomobilin sürücüsü, 1946-cı il təvəllüdlü Marif Fərəc oğlu Heydərovdur.

Hadisə zamanı “Mercedes” markalı mikroavtobusun sürcüsü Böyükkişi Çingiz oğlu Şükürov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

***12:36

Bərdə rayonunda sərnişin daşıyan mikroavtobusla minik avtomobilinin toqquşması nəticəsində bir nəfər ölüb.

A24.Az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Alaçadırlı kəndi ərazisində baş verib.

“Mercedes” markalı mikroavtobusla “VAZ 2107” markalı minik avtomobili toqquşub. Nəticədə minik avtomobili idarəetməni itirərək yol kənarında yerləşən elektrik dirəyinə deyib. Qəza zamanı “VAZ 2107″in sürücüsü hadisə yerində ölüb.

Hadisə zamanı yüksək gərginlikli elektrik xətti qırıldığindan bir neçə kəndə elektrik enerjisinin verilməsində fasilə yaranıb.

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00