A24 Xeber

Bərdədə piyadanı maşın vurdu – Hadisə yerində öldü

Bərdədə piyadanı maşın vurdu – Hadisə yerində öldü
56
18 May 2018 - 23:53

Bərdə rayonunda piyada ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

A24.Az “Report”a istinadən xəbər verir ki, hadisə Yenidaşkənd kəndində qeydə alınıb.

Belə ki, “QAZ-31” markalı minik avtomobili yolu kecmək istəyən 18 yaşlı Xəlil Məmmədovu vurub. Nəticədə piyada aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırma aparılır.

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00