A24 Xeber

Bərdədə qatar traktoru vurdu: Bir nəfərin ayaqları amputasiya olunudu – FOTOLAR

Bərdədə qatar traktoru vurdu: Bir nəfərin ayaqları amputasiya olunudu – FOTOLAR
69
16 May 2018 - 10:56

Bərdədə qatarla traktorun toqquşması nəticəsində 3 nəfər xəsarət alıb.

“A24.az”ın APA-ya istinadən verdiyi xəbərə görə, xəsarət alanların traktorda olan Bərdə rayonu Nazırlı kənd sakinləri – 1975-ci il təvəllüdlü Bağırov Zabil Vəli oğlu, onun qardaşı, 1969-cu il təvəllüdlü Bağırov Qabil Vəli oğlu və Şatırlı kənd sakini, 1988-ci il təvəllüdlü Quliyev Fəxri Tofiq oğlu olduğu bildirilir.

Traktorun sürücüsü olan Z.Bağırovun ayaqları amputasiya olunub.

Faktla bağlı araşdırma aparılır.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00