Bərdədə sərnişin qatarı traktorla toqquşdu - Xəsarət alan var

Bərdədə sərnişin qatarı traktorla toqquşdu – Xəsarət alan var
Want create site? Find Free WordPress Themes and plugins.

Bərdədə sərnişin qatarı ilə traktorla toqquşub.

A24.Az “Report”a istinadən xəbər verir ki, hadisə Bakı-Xankəndi dəmiryol xəttinin rayonun Həsənqaya kəndində qeydə alınıb.

Qəza qatarın gəliş vaxtı zamanı traktorun qoşqusu ilə birlikdə dəmir yolu xəttini keçdiyi zaman baş verib. Nəticədə sərnişin qatarı yolun mühafizə olunmayan hissəsindəki keçiddə “Belarus” markalı traktorla toqquşub.

Hadisə zamanı traktorun sürücüsü hər iki ayağını itirib. Qeyd edək ki, sürücünün şəxsiyyəti hələlik məlum deyil. O, təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıb.

Sərnişinlər arasında xəsarət alanın olub-olmadığı məlum deyil. Hazırda qatar təhlükəsiz əraziyə çəkilib və onun yoluna davam etməsi üçün yeni elektrovozun ayrılacağı gözlənilir.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar