A24 Xeber

Bərdədə top mərmisi aşkarlandı

Bərdədə top mərmisi aşkarlandı
22
11 May 2018 - 5:54

 Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Bərdə rayonu, Mirzəxan kəndi ərazisində 1 ədəd mərminin tapılması barədə məlumatlar daxil olub.

ANAMA-dan A24.Az-a verilən məlumata görə, məlumatlara əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Bərdə rayon Polis Şöbəsinin əməkdaşları həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri Daxili İşlər Nazirliyinin Bərdə rayon Polis Şöbəsinin əməkdaşları ilə birlikdə qeyd olunan ərazidə Bəhramtəpə-Ağcabədi magistral yolunun kənarına baxış keçiriblər. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində agentliyin mütəxəssisləri tərəfindən 1 ədəd 100 mm-lik top mərmisi (OF-412) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş mərminin ətrafında 500 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00