Berlində ATƏT PA-nın illik sessiyası işə başladı

Berlində ATƏT PA-nın illik sessiyası işə başladı
Want create site? Find Free WordPress Themes and plugins.

 Berlində, Almaniya Bundestaqının iqamətgahında – Reyxstaqda Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının 27-ci illik sessiyası işə başlayıb.

A24.Az xəbər verir ki, sessiyada Şimali Amerika, Avropa və Asiyadan təqribən 300 deputat iştirak edir.

Azərbaycan Respublikasını Milli Məclis sədrinin müavini, Milli Məclisin ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradovanın başçılıq etdiyi nümayəndə heyəti təmsil edir.

Sessiya üçün “ATƏT çərçivəsində öhdəliklərin yerinə yetirilməsi: parlamentlərin rolu” mövzusu seçilib.

İllik sessiya ATƏT PA-nın ən iri tədbiridir. Gözlənildiyinə görə, sessiyanın sonunda Berlin Bəyannaməsi qəbul ediləcək. Bu, milli hökumətlərə, parlamentlərə və beynəlxalq birliyə siyasət, təhlükəsizlik, iqtisadiyyat, ətraf mühit və insan haqları sahəsində tövsiyələrdən ibarət olan siyasi sənəddir.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar