A24 Xeber

Berluskoni: Trampın arvadını çox bəyənirəm

Berluskoni: Trampın arvadını çox bəyənirəm
95
24 İyun 2017 - 0:57

İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni bəyan edib ki, ABŞ-ın yeni prezidenti Donald Trampda ən çox bəyəndiyi onun həyat yoldaşı Melanyadır.

A24.Az-ın xəbərinə görə, Berluskoni bu barədə İtaliyanın La7 telekanalının efirində çıxışı zamanı deyib.

“Əksər kişi və qadınlar kimi, Trampda ən çox onun arvadı Melanyanı bəyənirəm. ABŞ-ın birinci xanımı çox gözəldir”, – Berluskoni bildirib.

“Onunla şəxsən tanış deyiləm, lakin Melanya barədə çox eşitmişəm, hətta ABŞ-da demokratlar onun ünvanına tənqid səsləndirmirlər”, – 80 yaşlı siyasətçi “Trampı italiyalı Berluskoni hesab edirsinizmi” sualına cavab verərkən deyib.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00