Bəşər Əsəd ABŞ-ın hücumundan sonra danışdı

Bəşər Əsəd ABŞ-ın hücumundan sonra danışdı
Want create site? Find Free WordPress Themes and plugins.

Suriya ordusu ABŞ, Fransa və Böyük Britaniya silahlı qüvvələrinin ölkəyə hava hücumunu 70-ci illərin raketləri ilə dəf edib.

A24.Az xəbər verir ki, bunu rusiyalı parlamentarilər ilə görüşündə Suriya prezidenti Bəşər Əsəd deyib.

“Ötən gün Amerikanın təcavüzünə məruz qaldıq və biz onu 70-ci illərin istehsalı olan raketlərlə dəf etdik…90-cı illərdən bəri Amerika filmlərində Rusiya silahlarının geridə qalmış olduğu göstərilir, bu gün isə biz əslində kimin geridə qaldığını görürük”, – deyə Rusiya Dövlət Dumasının Suriya parlamenti ilə əlaqələr üzrə koordinatoru Dmitri Sablin Bəşər Əsədin sözlərini jurnalistlərə çatdırıb.

ABŞ, Fransa və Böyük Britaniya şənbə günü səhər Suriyanın iki obyektinə zərbə endirib. Müttəfiqlərin fikrincə, Suriya həmin obyektlərdən kimyəvi silah istehsalı üçün istifadə edib. (Report.az)

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə, Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar