A24 Xeber

Bəşər Əsəd canlı yayıma çıxdı: YPG-yə xəbərdarlıq etdi

Bəşər Əsəd canlı yayıma çıxdı: YPG-yə xəbərdarlıq etdi
74
31 May 2018 - 11:53

Suriya lideri Bəşər Əsəd ölkəsindəki yeganə problemin YPG olduğunu bildirərək, müzakirə yolu ilə nəticə əldə edilməsə, YPG-yə qarşı gücün tətbiq ediləcəyini deyib.

“A24.az” türk mediasına istinadən xəbər verir ki, Bəşər Əsəd uzun fasilədən sonra canlı yayıma çıxıb.

Amerika və Avropa tərəfindən dəstəklənən YPG-nin Suriyada yeganə problem olduğunu qeyd edən Əsəd yeni qarşıdurmaların yaşanacağı ilə bağlı xəbərdarlıq edib.

Əsəd YPG-nin Suriya torpaqlarını tərk etməli olduğunu bildirərək problemi həll etmək istədiklərini dilə gətirib:

“Suriyadakı yeganə problem YPG-dir. Müzakirələrlə nəticə əldə edilməsə, YPG-yə qarşı güc tətbiq edərək torpaqlardan çıxardacağıq. Xarici qüvvələr Suriyadakı hadisələrə müdaxilə etməsə problem həll olunacaq. Suriyada İran əsgərləri var və Suriya əsgərlərinə kömək edirlər”.

A24.az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00