A24 Xeber

Bəşəriyyətin yuxusu ərşə çəkilib

Bəşəriyyətin yuxusu ərşə çəkilib
558
21 Mart 2017 - 15:01

Alimlər bildirirlər ki, güclü və zərif cinsin nümayəndələrinin orta yuxu müddəti son 10 ildə 2 saat qısalıb.

A24.Az xəbər verir ki, Böyük Britaniyada yerləşən klinik mərkəzin əməkdaşları belə qənaətə gəliblər.

Əvvəllər həkimlər insanların gecə istirahətinə ayırdıqları saatların sayına görə narahatlıq keçirmirdilər. Amma

hazırda insanın orta yuxu müddəti təqribən 5 saatdır. Halbuki ötən illərdə bu göstərici 7 saata bərabər idi.

Az yatmaq işləyən kişi və qadınlarda müşahidə olunur. Həkimlər müşahidə ediblər ki, cavanlar istirahət günlərində adəti üzrə olduğundan yarım saat çox yatırlar. Tədqiqatçıların sözlərinə görə, insan pensiya yaşına çatanda, onun statistik informasiyası əsaslı surətdə dəyişir.

Alimlər həyəcan təbili çalaraq bildirirlər ki, insanlar gecə istirahətinə getdikcə daha az vaxt ayırırlar. Maddi rifah halının yüksəldilməsi ilə bağlı yaşanan stress, ortaya çıxan problemlər yuxunu ərşə çəkir.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00