"Beşiktaş" "Fənərbağça"nın məğlubiyyətsiz oyunlar seriyasına son qoyub - VİDEO

“Beşiktaş” “Fənərbağça”nın məğlubiyyətsiz oyunlar seriyasına son qoyub – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Futbol üzrə Türkiyə Super Liqasının XXIII turunun mərkəzi görüşü “Beşiktaş” və “Fənərbağça” arasında keçirilib. 

İstanbuldakı “Wodafone Park”da təşkil olunmuş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 3:1.

Hesabı 8-ci dəqiqədə qonaq komandadan Fernandao açıb. Bu epizodda ofsayd etirazları olsa da, baş hakim Cüneyt Çakırın qərarı dəyişməyib. “Qartallar” hesabı fasilədən sonra öz xeyirlərinə dəyişməyə müvəffəq olublar. 49-cu dəqiqədə Domaqoy Vida, 77-ci və 90+4-cü dəqiqədə Rikardu Kuarejma fərqlənib.

Beləliklə, “Beşiktaş” “Fənərbağça”nın 15 oyunluq məğlubiyyətsizlik seriyasına son qoyub və 44 xalla 3-cü pilləyə yüksəlib.

Qeyd edək ki, turnir cədvəlinə 23 oyundan 47 xalla “Qalatasaray” başçılıq edir. 2-ci yerdə ehtiyatda bir oyunu olan və 46 xala malik “Başakşehir” qərarlaşıb.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, İdman
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar