"Beşiktaş" "Fənərbaxça" ilə oyuna çıxmadı

“Beşiktaş” “Fənərbaxça” ilə oyuna çıxmadı
Want create site? Find Free WordPress Themes and plugins.

Türkiyə Kubokunun yarımfinal mərhələsində “Beşiktaş” və “Fənərbaxça” arasında keçirilən və yarımçıq qalan cavab qarşılaşması gözlənildiyi kimi yenə baş tutmayıb.

A24.Az xəbər verir ki, Türkiyə Futbol Federasiyası oyunun mayın 3-də qaldığı yerdən – 57-ci dəqiqədən davam etdirilməsinə qərar vermişdi.

“Beşiktaş” isə oyuna çıxmaqdan imtina etmişdi. Ötən gün “Fənərbaxça” futbolçuları meydanda çıxaraq “Beşiktaş”ı gözləsə də, qonaq komanda oyuna gəlməyib.

Bununla bağlı yekun qərarı Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi verəcək. Böyük ehtimalla “Beşiktaş”a texniki məğlubiyyət veriləcək və “Fənərbaxça” finala yüksələcək.

Xatırladaq ki, “Fənərbaxça” – “Beşiktaş” görüşünün 56-cı dəqiqəsində hesab 0:0 ikən “Beşiktaş”ın ehtiyat qapıçısı Tolga Zenginlə “Fənərbaxça”lı azarkeşlər arasında mübahisə düşüb. Bu zaman “qara qartallar”ın baş məşqçisi Şenol Günəş vəziyyəti sakitləşdirməyə çalışıb. Həmin vaxt onun başına tribunadan yad əşya atılıb. Bundan sonra meydandan kənarda gərginlik yaşanıb. Baş verənlərə görə “Beşiktaş”ın baş məşqçisi və futbolçular paltardəyişmə otağına gedib. Bundan sonra görüşün baş hakimi Mete Kalkavan oyunu yarımçıq dayandırıb və paltardəyişmə otağına gedib. Hakim briqadası baş verənlərə görə görüşün təxirə salınmasına qərar vermişdi.

A24.Az 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
İdman
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar