Beyləqanda sinifdə zorlanan qızla bağlı RƏSMİ açıqlama: “Tutuldular”

Beyləqanda sinifdə zorlanan qızla bağlı RƏSMİ açıqlama: “Tutuldular”
Want create site? Find Free WordPress Themes and plugins.

Beyləqan rayon sakini, yetkinlik yaşına çatmayan Lalə Məmmədovaya (ad, soyad şərtidir) qarşı həmkəndliləri – 1996-cı il təvəllüdlü Tural Kərimov, 1997-ci il təvəllüdlü Kamil Hümbətov və digərləri tərəfindən seksual xarakterli hərəkətlər edilməsi faktına görə martın 9-da Beyləqan rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli hərəkətlər etmə) maddəsi ilə cinayət işi başlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən A24.Az-a verilən məlumata görə, iş üzrə məhkəmə-tibb ekspertizası təyin edilib, çoxsaylı şahidlər dindirilib və digər təxirəsalınmaz istintaq hərəkətləri aparılıb.

Beyləqan rayon hüquq mühafizə orqanları tərəfindən həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində K.Hümbətov və T.Kərimov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunublar. Onlar iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulan ittiham elan edilməklə barələrində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Buna da baxın: Beyləqanda sinifdə zorlanan qızla bağlı RƏSMİ açıqlama: “Onlar sinifdə sadəcə öpüşüblər”

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar