Beynəlxalq qurumlar Azərbaycanın kredit reytinqini yüksəldib - VİDEO

Beynəlxalq qurumlar Azərbaycanın kredit reytinqini yüksəldib – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Beynəlxalq qurumlar Azərbaycanın kredit reytinqini yüksəldib.

“Fitch” beynəlxalq reytinq agentliyi Azərbaycanın emitentin uzunmüddətli xarici və yerli valyutada defolt reytinqi üzrə proqnozuna yenidən baxıb və ölkəmiz “stabil” reytinqə malik siyahıda yer alıb.

Bundan əlavə, “Standard & Poor’s” və “Moody’s” də Azərbaycanın kredit reytinqini yüksəldib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, bu cür reytinq siyahısı milli valyutanın möhkəmlənməsi ilə bərabər, ölkəyə xarici valyuta axınını da stimullaşdırır.

Azərbaycan “2018 İqtisadi Azadlıq” indeksində də bir pillə irəliləyərək 180 ölkə arasında 67-ci yerdə qərarlaşıb. “Heritage Foundation” tərəfindən hazırlanan hesabata əsasən Azərbaycan Asiya-Pasifik regionunda 43 ölkə arasında 14-cü yerdə qərərlaşıb. Hesabtda bunun iqtisadi islahatların nəticəsi olduğu vurğulanır. Sözügedən indeks üzrə Azərbaycan nəinki MDB ölkələrini, hətta Fransa, İtaliya və Yunanistan kimi ölkələri də qabaqlayıb.

Hesabtlarda irəliləyişin əsas səbəbi kimi isə stabil iqtisadi siyasət və aparılan islahatlar göstərilir.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar