A24 Xeber

Beyni gücləndirən hərəkət – hər kəs edə bilir, amma…

Beyni gücləndirən hərəkət – hər kəs edə bilir, amma…
90
22 İyul 2018 - 17:28

Mütəxəssislər ayaq hərəkətləriylə beyin arasında əlaqənin olduğunu söyləyirlər.

“A24.az” bildirir ki, italiyalı mütəxəssislərin araşdırmasında ayaq hərəkətlərinin beynin sağlam olmasında əhəmiyyətli yol oynadığı açıqlanıb.

“Gəzin, qaçın, hərəkət edin, daha sonrakı yaşlarınızda beyninizi sağlam saxlamaq üçün ayaqlarınızı işlədin” tövsiyyələrini verən araşdırmaçılar gəzmək və qaçmaq kimi hərəkətlərin sonrakı yaşlarda da beyində hüceyrə istehsalını 70 faiz artırdığını göstərib.

“Nevroloji Elmin Sərhədləri” adlı jurnalda dərc edilən məqalədə üzmək və velosiped kimi idman hərəkətləri yerinə gəzmək, qaçmaq və oturub-durmaq kimi hərəkətlərin beynə daha yaxşı təsir etdiyini ortaya qoyub.

Belə ki, uzun müddət hərəkətsiz qalan, idman etməyən insanların beyinlərində isə yeni hüceyrələr yaranmır. Lakin ayaqlarımızın gücüylə nəsə daşımaq məcburiyyətində qalsaq da, həmin hərəkətlər beynə daha çox oksigenin daşınmasını təmin edir.

A24.az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00