Bəzi banklar bankomatdan gündəlik çıxarılan vəsaitə limit qoyur - VİDEO

Bəzi banklar bankomatdan gündəlik çıxarılan vəsaitə limit qoyur – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Bəzi banklar bir hesabdan bankomat vasitəsilə çıxarılan nağd vəsaitə gündəlik limit qoyur.

Məsələn, 500 manat. 700 manat əməkhaqqı alan şəxs onun 500 manatını bir gün, 200 manatını isə növbəti gün ala bilir. 1500 manat maaş alan isə həmin məbləği 3 günə əldə edir.

“A24.az” Xəzər Xəbər-ə istinadən bildirir ki, banklardan verilən məlumata görə, limit,əsasən, təhlükəsizlik məqsədilə tətbiq edilir. Əgər plastik kart oğurlanıbsa, cinayətkar vəsaiti tam mənimsəməmiş hesab bloklanır. Beləliklə, müştəri daha az itkiyə məruz qalır.

Bəzi banklar isə bankomatdakı vəsaitə qənaət etmək məqsədilə nağd çıxarışa məhdudiyyət qoyur. Bu hal, xüsusilə, daha çox vətəndaşın pensiya və əməkhaqqı aldığı banklarda müşahidə edilir.

Ancaq müştəri bankın filial və şöbələrinə yaxınlaşaraq kartına qoyulan gündəlik nağdlaşdırma limitini ləğv etdirə bilər.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar