Bəzi xidmətlər üzrə dövlət rüsumu artırılır

Bəzi xidmətlər üzrə dövlət rüsumu artırılır
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycanda bir sıra sahələr və xidmətlər üzrə dövlət rüsumu artırılır.

A24.Az APA-ya istinadən xəbər verir ki, bununla bağlı prezident tərəfindən Milli Məclisə “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilməsi barədə təklif təqdim olunub.

Layihəyə əsasən qanunun 10.1-ci maddəsinin (Daşınmaz əmlakın (torpaq sahələri və torpaqla möhkəm bağlı olub təyinatına tənasübsüz (hədsiz) zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan bütün əşyalar, o cümlədən binalar, qurğular, yaşayış və qeyri-yaşayış sahələri, əmlak kompleksi kimi müəssisələr) və ya mülkiyyətində daşınmaz əmlak olan müəssisədəki payın özgəninkiləşdirilməsi və yaşayış sahələrinin müvəqqəti istifadəyə verilməsi barədə müqavilələrin təsdiqi üçün) 1.2-ci hissəsində (müqavilə üzrə əmlak başqa şəxslərin mülkiyyətinə keçirsə) nəzərdə tutulan rüsum 200 manatdan 250 manata qaldırılır.

Qanun 18.65-ci (Nəqliyyat vasitələrinə və onların idarə edilməsi ilə bağlı hüquqi və fiziki şəxslərə xidmətlərin göstərilməsi) maddəsinə edilən dəyişikliyə əsasən isə 001, 002, 003, 004, 005, 006, 007, 008, 009 rəqəmləri olan avto nömrələrə seriyası müxtəlif hərflərdən ibarət olduqda tətbiq edilən dövlət rüsumu 1500 manatdan 2000 manata, seriyası eyni hərflərdən ibarət olduqda isə ödənilən rüsum 2500 manatdan 3000 manata qaldırılır.

100, 200, 300, 400, 500, 600, 700, 800, 900 rəqəmləri olan nömrələrə seriyası müxtəlif hərflərdən ibarət olduqda tətbiq edilən dövlət rüsumu 1000 manatdan 1500 manata, seriyası eyni hərflərdən ibarət olduqda isə ödənilən rüsum 1500 manatdan 2000 manata, 111, 222, 333, 444, 555, 666, 777, 888, 999 rəqəmləri olan nömrələrə seriyası müxtəlif hərflərdən ibarət olduqda tətbiq edilən dövlət rüsumu 500 manatdan 1000 manata, seriyası eyni hərflərdən ibarət olduqda isə ödənilən rüsum 1000 manatdan 1500 manata qaldırılması təklif edilir.

Layihə Milli Məclisin iyunun 12-də keçiriləcək növbədənkənar sessiyada ilk plenar iclasında müzakirəyə çıxarılacaq.

A24.Az 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar