A24 Xeber

Bəzi yollarda rənglənmə və təmir işləri aparılır

Bəzi yollarda rənglənmə və təmir işləri aparılır
18
31 İyul 2018 - 10:47

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 45-52 km-lik hissəsində bu gün axşam saatlarınadək yol qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılır. 

Bu barədə A24.Az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Bundan başqa, təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Salyan şosesindən Lökbatan istiqamətində və Bakı şəhəri, Bayraq meydanından Lökbatan dairəsi istiqamətində üfiqi nişanlama xətlərinin yenidən rənglənməsi işləri aparılır. İşlər axşam saatlarında qədər yekunlaşdırılacaq.

Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

A24.Az

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00