Biləsuvarda çobanlar bir-birini bıçaqladı - TƏFƏRRÜATLAR

Biləsuvarda çobanlar bir-birini bıçaqladı – TƏFƏRRÜATLAR
Want create site? Find Free WordPress Themes and plugins.

Biləsuvar rayonunda çobanın bıçaqlanması ilə bağlı bəzi təfərrüatlar ortaya çıxıb.

A24.Az “Report”a istinadən xəbər verir ki, 30 yaşlı Davud Bayramovu onun həmkəndlisi, 17 yaşlı Yardımlı rayon Alar kənd sakini Murad Şahverənov bıçaqlayıb.

Məlumata görə, M.Şahverənovun mal-qarası D.Bayramova məxsus fermanın ərazisinə girib. Buna görə də D.Bayramov M.Şahverənovu döyüb. Nəticədə də M.Şahverənov D.Bayramovu kürək nahiyəsindən bıçaqlayıb. Yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və əməliyyat olunub.

Yardımlı rayonunun Alar kəndindən olan hər iki çoban Biləsuvarın Səmədabad kəndində yerləşən fermada çobanlıq edirlər.

Faktla bağlı araşdırma aparılır.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Kriminal
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar