Biləsuvarda dələduzluq edən falçı saxlanıldı – VİDEO

Biləsuvarda dələduzluq edən falçı saxlanıldı – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Biləsuvarda vətəndaşları fala baxmaq adı ilə aldadaraq, onların pul və qızıl-zinət əşyalarını mənimsəyən qadın saxlanılıb.

A24.Az Xezerxeber.az-ə istinadla xəbər verir ki, vətəndaşlara qarşı dələduzluq etdiyinə görə 9 il məhkumluq həyatı yaşamış falçı qadın azadlığa çıxdıqdan sonra eyni əməlini təkrarlayıb.

Biləsuvar rayon sakinlərinin polis şöbəsinə etdikləri mürəciət əsasında aparılan axtarışlar zamanı Kalaşnikova Elena Pavlovna şübhəli şəxs qismində saxlanılıb. O, əvvəllər də dələduzluq və soyğunçuluq üstündə 9 il məhkumluq həyatı yaşayıb.

Aparılan istintaq zamanı məlum olub ki, özünü sakinlərə Emilya kimi təqdim edən qadın müxtəlif vaxtlarda Astara, Şirvan, Sabirabad və Xaçmaz rayonlarında, eləcə də Bakı şəhərində də xeyli sayda vətəndaşın pul və qızıl-zinət əşyalarını dələduzluq yolu ilə mənimsəyib.

Elena Pavlovna intinaqa verdiyi ilkin ifadə zamanı vətəndaşları aldatdığını etiraf edib. İstintaq araşdırmaları davam edir.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Kriminal
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar