A24 Xeber

Biləsuvarda gənc qadın dərmandan zəhərləndi

Biləsuvarda gənc qadın dərmandan zəhərləndi
30
03 Aprel 2018 - 23:32

Biləsuvar rayon sakini dərmandan zəhərlənib.

A24.Az “Report”a istinadən xəbər verir ki, hadisə Nərimankənd kəndində qeydə alınıb.

Kənd sakini, 1995-ci il təvəllüdlü Muradova Nuranə Əli qızı qəbul etdiyi dərmandan zəhərlənib. 23 yaşlı gənc Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona ilkin tibbi yardım göstərilərək, reanimasiya şöbəsinə yerləşdirilib. N.Muradovanın vəziyyəti orta-ağır olaraq qalır.

Məlumata görə, o, hərarətinin olması səbəbindən 3 həb qəbul edib və nəticədə zəhərlənib.

Faktla bağlı araşdırmalara başlanılıb.

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00