A24 Xeber

Bill Qeyts maraqlı suala cavab verdi: “Siz Stiv Cobsdan kopya çəkmisiz, ya o sizdən?”

Bill Qeyts maraqlı suala cavab verdi: “Siz Stiv Cobsdan kopya çəkmisiz, ya o sizdən?”
672
07 Mart 2017 - 17:48

“Microsoft”ün qurucusu Bill Qeyts Redditin 5-ci ildönümündə təşkil olunan “Ask Me Anything” formuna qatılıb.

A24.Az xəbər verir ki, Bill izləyicilərinin verdiyi bütün sualları cavablandırıb.

Heç bayırda tanınmamaq istəyiniz olubmu?

-Bəzən şapka taxaraq çölə çıxıram. Oğlumla məktəbdə təşkil olunan turlara çıxıram və sadəcə onunla maraqlanmaq istəyirəm. Yenə də insanlar məni tanıyır. Bu, super bir haldır. Mənə yaxşı davranırlar.

19 yaşlı Bill Qeytsə məsləhət vermək istəsəniz, nə deyərdiniz?

-Ona zəkanın müəyyən hüdud daxilində olmadığını demək istərdim. Çox sosial biri deyiləm, bunu düzəldə biləcək bir məsləhət ola biləcəyinə inanmıram.

Ən böyük uğurunuz nədir?

-Yazdığı proqramın bütün dünyada insanlar tərəfindən işlədilən bir şəxs olmağım. Hazırda daha böyük uğur üçün çalışıram- uşaq iflicini aradan qaldırmaq üçün.

Dünyada sadəcə bir növ sendviç olmalı olsaydı, seçiminiz hansı olardı?

-Çizburger, çizburger, çizburger

15 il içərisində özünüzü harda görürsünüz?

-76 yaşında olacağam. Baba olmağı düşünürəm. Kasıb ölkələrdə olan aclıq və xəstəliklərin həllini tapmağı planlaşdırıram. Xüsusilə də, dünya üzrə 5 yaşın altında olan uşaq ölümlərinin sayını 5/100-dən 2.5/100-ə endirmək istəyirəm.

Ən sevimli tətil yeriniz haradır?

-Xüsusilə Avstraliya gözəldir. Burada qış olarkən orda yazdır. Dekabr və yanvar aylarında orada olmaq gözəldir. Ötən il Şükran günündə orda idim. Tövsiyəm Braziliyada Amazon meşələridir.

Stiv Cobsdan kopyamı çəkdiniz, yoxsa o sizi kopyaladı?

-Həm mənim üçün, həm də Stiv üçün kopya çəkmək individual bir anlayışdır. İkimiz də “Xerox”dan yararlandıq. Mən Charles Simonyivi, Stiv də Bob Belvilleni işə götürüb. Buna baxmayaraq, ikimiz də müəllif hüquqlarını pozmadıq. “Xerox ” sayəsində “Mac” və “Windows”a gedən yol açıldı.

Dünyanın ən böyük problemi nədir?

-Kilid problem təhsildir. Bunu həll edə bilsək problemlər də həll olunar.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00