A24 Xeber

Bill Qeytsdən Trampla bağlı qeyi-adi açıqlama

Bill Qeytsdən Trampla bağlı qeyi-adi açıqlama
47
20 May 2018 - 15:32

“Microsoft”un qurucusu Bill Qeyts ABŞ prezidenti Donald Trampla bağlı qeyri-adi açıqlama verib.

“A24.az” bildirir ki, “The Guardian”da yer alan xəbərə görə, milyarder iş adamı Bill Qeyts “Bill and Melinda Gates” vəqfində etdiyi çıxışı zamanı Trampla arasında keçən qeyri-adi dialoqdan danışıb.

Bill Qeyts “ilk dəfə 2016-cı ilin dekabr ayında tanış olduq. Daha sonra ötən ilin mart ayında Ağ Evdə görüşdük. Hər iki görüşümüz zamanı məndən peyvəndlərin zərərli olub-olmadığını soruşdu və peyvəndlərin zərələrini araşdıracaq bir komissiya yaratmağı düşündüyünü söylədi. Çünki  ona Robert Kennedy Jr. tərəfindən verilən məlumata görə peyvəndin zərərli olduğunu düşünür. Mən bunun əsla düzgün olmayacağını, belə bir şey edərsə pis olacağını söylədim”, – deyə çıxış edib.

Daha sonra o, Trampın virusla bağlı sualına “hər iki görüşümüzdə mənə HİV ilə HPV arasında bir fərqin olub olmadığını da soruşdu. Mən də ona bu 2 virusun bir-biriylə nadir hallarda qarışdırıldığını dedim” deyə cavab verdiyini bildirib.

Böyük Britaniyanın Milli Sağlamlıq Xidmətlərinin saytına görə, bu sual insanları ən çox maraqlandıran suallardan biridir. Cavabı isə budur:

HPV – Human Papilloma Virus – dəriyə və nəm toxumalara təsir edən bir virusdur. HPV ziyilə, genital ziyilə və uşaqlıq yolunda anormal hüceyrə dəyişikliklərinə səbəb olur.

HİV – Human İmmunodeficiency Virus – insanın immun sisteminə hücumdur. HİV virusu Aids xəstəliyinə səbəb olur. Lakin vaxtında aşkarlandıqda və müalicə olunduqda bir çox insan Aids olmadan yaşaya bilir.

Firuzə Alimova / A24.az  

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00