Binaların eyvanlarından paltar ipləri söküldü - VİDEO

Binaların eyvanlarından paltar ipləri söküldü
Want create site? Find Free WordPress Themes and plugins.

Yasamal rayon İcra Hakimiyyəti şəhərin estetik görünüşünün pozulmaması üçün mərkəzi prospektlərdə yaşayan sakinlərə eyvanlardan paltar asmağı qadağan edib.

A24.az-ın “Xəzər” TV-yə istinadən məlumatına görə, ötən gün rayon polis idarəsinin və ərazi üzrə mənzil istismar sahələrinin əməkdaşları bir neçə binada, evyanda paltar qurutmaq üçün asılan ipləri söküblər.

64 saylı Mənzil İstismar Sahəsinin rəisi Sədulla Abıyev bildirib ki, paltar iplərinin yığışdırılmasının səbəbi binaların ümumi görünüşünə xələl gətirilməsi ilə əlaqədardır.

Onun sözlərinə görə, paltarı qurutmaq üçün alternativ vasitələr var və bunlardan istifadə şəhərdə xoşagəlməz görüntünün qarşısını almaqda daha effektli olar.

Polis əməkdaşları Mikayıl Müşfiq küçəsində icazəsiz reklam lövhələrini də yığışdırıb. Həmin lövhələri qoyan obyekt sahiblərinə isə ciddi xəbərdarlıq edilib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Video Xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar