Binəli Yıldırım: "Ərdoğana verdiyim sözün üstündə durdum"

Binəli Yıldırım: “Ərdoğana verdiyim sözün üstündə durdum”
Want create site? Find Free WordPress Themes and plugins.

Türkiyənin taleyini müəyyənləşdirəcək seçkilərə 4 gün qalıb.

A24.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, seçkiyə hazırlıq işlərini sürətlə davam etdirən baş nazir Binəli Yıldırım “Röyters” agentliyinə açıqlama verib.

Simaların müəyyən bir müddət üçün məna kəsb etdiyini, həyatın hər zaman davam etdiyini bildirən baş nazir, “Qismətdə nə varsa, insan onu da yaşayır”, – deyə bildirib.

Türkiyənin prezidentli respublika modelinə keçid prosesində mühüm işlərə imza atan Binəli Yıldırım, prezident Rəcəb Tayyib Ərdoğana verdiyi sözün üstündə durduğunu söyləyib.

“Sözümün üstündə durduğuma görə artıq rahat ola bilərəm”, – deyə o qeyd edib.

Yıldırım, Türkiyənin son baş naziri olduğuna görə də xoşbəxt olduğunu deyib.  “Simalarımız nə olursa olsun, birlikdə işləməyə davam edəcəyik”, – baş nazir əlavə edib.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar