A24 Xeber

Binəli Yıldırım Türkiyəyə xəbərdarlıq edən Makronu yerinə oturtdu

Binəli Yıldırım Türkiyəyə xəbərdarlıq edən Makronu yerinə oturtdu
100
31 Yanvar 2018 - 22:28

Fransa Prezidenti Emanuel Makron Türkiyə rəhbərliyini Afrin əməliyyatı barədə xəbərdarlıq edib.

A24.Az xəbər verir ki, “Figaro” qəzetinə müsahibəsi zamanı Fransa prezidenti Makron, Türkiyənin Suriyalı kürdlərə qarşı həyata keçirdiyi əməliyyatı Suriya torpaqlarında döyüş meydanına çevrilməsininin düzgün olmadığını bildirib.

Makron həmçinin, Ankara rəhbərliyindən bu məsələdə bütün tərəflərlə koordinasiyalı hərəkət etməsini istəyib. Fransa prezidenti bu məsələ ilə bağlı türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla da görüşəcəyini qeyd edib.

Makronun bu sözlərinə ilk reaksiya Türkiyə Baş Naziri Binəli Yıldırımdan gəlib.

“Afrin əməliyyatını anlamaq istəyən “Fərat Qalxanı” əməliyyatına baxsın”, – deyə Binəli Yıldırım cavab verib.

Orxan Aslanlı // A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00