Binəli Yıldırım və Mövlud Çavuşoğlu Azərbaycana gəlir

Binəli Yıldırım və Mövlud Çavuşoğlu Azərbaycana gəlir
Want create site? Find Free WordPress Themes and plugins.

Türkiyənin Baş naziri Binəli Yıldırım və xarici işlər naziri Mövlud Çavuşoğlunun Azərbaycana səfəri planlaşdırılır.

A24.az xəbər verir ki, Türkiyənin Baş naziri Binəli Yıldırım və xarici işlər naziri Mövlud Çavuşoğlunun gələn ayın ortalarında Azərbaycana səfəri planlaşdırılır.

B.Yıldırım və M.Çavuşoğlunun martın 15-17-də keçiriləcək VI Qlobal Bakı Forumunda iştirak edəcəyi gözlənilir.

Türkiyəli qonaqların Azərbaycanın rəsmi şəxsləri ilə görüşəcəyi də nəzərdə tutulur.

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 15-17-də keçiriləcək VI Qlobal Bakı Forumunda Albaniya Prezidenti Ilir Meta, Monteneqro Prezidenti Filip Vuyanoviç, Moldova Prezidenti İqor Dodon, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniç və digər dövlətlərin prezidentləri, baş nazirləri, nazirləri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olan sabiq dövlət və hökumət başçıları, tanınmış ictimai və siyasi xadimlərin də daxil olduğu 500 nəfərə yaxın qonağın iştirakı nəzərdə tutulur.

Tədbir çərçivəsində Yaxın Şərq regionunda sülh və təhlükəsizlik məsələləri, Balkan regionunda mövcud geosiyasi vəziyyət, müasir dövrdə ictimai və siyasi həyatda gənclərin artan rolu kimi mövzular barədə müzakirələr aparılacaq.

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar