A24 Xeber

Bioprinter insan damarları çap etdi

Bioprinter insan damarları çap etdi
34
30 Avqust 2018 - 1:20

ABŞ-ın Boston şəhərindəki Briqam Qadın Hospitalının mütəxəssisləri üçölçülü printerdə insan bədənindəki damarları imitasiya edən boruşəkilli strukturlar yaradıblar.

A24.Az “MEDdaily” saytına istinadla xəbər verir ki, alimlər bədəndə boruşəkilli strukturları əvəzləyə bilsələr artrit, ateroskleroz, tromboz, iltihabi xəstəliklər və anomaliyalara qalib gəlmək mümkün olacaq. Prosedurun uğurlu alınması üçölçülü bioprinterdə istifadə edilən mürəkkəblərdən asılıdır.

Tədqiqat zamanı alimlər insan hüceyrələrinin çoxalması üçün onları hidrogellə qarışdırıblar. Printer üç qata malik boruşəkilli strukturların çapına köklənib. Çap olunmuş boruşəkilli strukturların mayelərlə qida maddələrini daşımaq qabiliyyəti yoxlanılıb. Sınaqlar müvəffəqiyyətlə başa çatıb.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00