Bir ailə qəzaya düşdü - 1 ölü, 4 yaralı - VİDEO - FOTO

Bir ailə qəzaya düşdü – 1 ölü, 4 yaralı – VİDEO – FOTO
Want create site? Find Free WordPress Themes and plugins.

Kürdəmirdə ağır yol nəqliyyat hadisəsi baş verib.

A24.az-ın məlumatına görə, Trend Region TV-yə istinadən xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun 196-cı kilometrliyində qeydə alınıb.

Bakı şəhər sakini Əli Əsəd oğlu Əkbərovun idarə etdiyi “KİA” markalı minik maşını Qazax istiqamətində hərəkətdə olarkən dönmə əməliyyatını yerinə yetirən Kürdəmirin Şilyan kənd sakini Səftər Heydər oğlu Məmmədovun idarə etdiyi “VAZ 2107” markalı avtomobillə toqquşub. Hər iki avtomaşın zərbənin təsirindən yararsız hala düşüb.

“KİA”nın sürücüsü və sürücünün həyat yoldaşı Leyla Yunus qızı Salahova, onların 2 aylıq övladları Yunus Əli oğlu Əkbərov, sürücünün qayınatası Yunus Əsgərxan oğlu Salahov və “VAZ 2107”nin sürücüsü Səftər Heydər oğlu Məmmədov ağır bədən xəsarətləri alıblar.

Yaralılar dərhal Kürdəmir Mərkəzi Rayon Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdiriliblər. Həkimlərin səyinə baxmayaraq sürücünun həyat yoldaşı Leyla Yunus qızı Salahovanın həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat şöbəsində araşdırma aparılır.

Did you find apk for android? You can find new Free Android Games and apps.

Foto Qalereya:

 
Gündəm, Video Xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar