A24 Xeber

Bir ailənin 5 üzvü evində öldürüldü – FOTOLAR

Bir ailənin 5 üzvü evində öldürüldü – FOTOLAR
590
29 Mart 2017 - 8:43

Türkiyədə ağır cinayət hadisəsi baş verib.

“A24.az” Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Anadolunun Kozan rayonunda baş verib.

Çokak məhəlləsində yaşayan Hüseyn Doğana aid evə gələn naməlum şəxs bir ailənin 5 üzvünü – iki qardaşı, onların həyat yoldaşlarını və bir azyaşlını silahla qətlə yetirib.

Öldürülənlər 43 yaşlı Hüseyn Doğan, həyat yoldaşı Aişə Ayrançı və 8 yaşlı övladı Hakkı Doğan, qardaşı Mehmet Doğan və onun xanımı Fatma Yavuzdur.

Silahlı hücum zamanı sağ qalan ailənin yeganə üzvü bu barədə sakinlərə, onlar isə hüquq-mühafizə orqanlarına məlumat veriblər.

Hadisə ilə bağlı araşdırma başlayıb. Artıq faktla əlaqədar bir nəfər şübhəli şəxs qismində saxlanılıb.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00